Sabaha olan hava məlumatı açıqlanıb

12:49 - 2 İyun 2017 - ÖLKƏ İÇİ

İyunun 3-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mili Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
 Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.  Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Xəbər xətti