Avstraliya sahillərində "simasız" balıq tutulub - FOTO

10:48 - 2 İyun 2017 - MARAQLI

Alimlər Avstraliya sahillərində qeyri-adi "simasız" balıq tutublar. Latın dilində "Typhlonus nasus" adlanan qeyri-adi dərinsulu balığın gözü yoxdur, ağzı isə başından aşağıda yerləşir. Bu balıq növü ilk dəfə XIX əsrin 70-ci illərində elmi ekspedisiya tərəfindən "Challenger" gəmisində təsvir olunub. Alimlər təqribən 4 km. dərinlikdə 40 santimetr uzunluğunda nüsxə tutublar. "Bu, Yerin ən az tədqiq olunan hissəsidir", — deyə nəşr "Investigator" gəmisinin göyərtəsində olan elmi ekspedisiyanın rəhbəri Tim O'Haranın sözlərini sitat gətirib. Alimlər Avstraliyanın şərq sahillərinə ekspedisiya zamanı minlərlə dəniz orqanizmi tutmağa müvəffəq olublar ki, onların da əksəriyyəti əvvəllər elmə məlum olmayıb.( "Report")

Xəbər xətti