Tanınmış modelyerə həbs cəzası: 6 ay 20 gün

15:09 - 1 İyun 2017 - HADİSƏ

Modelyer Barbaros Şansalın məhkəməsindən xəbər var. Modelyerə 6 ay 20 gün həbs cəzası verilib. Proses müəyyən müddətə təxirə salınıb. Xatırladaq ki, modelyer sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilib. Lakin sonradan ifadə verən Şansal videogörüntülərin təhrif olunduğunu vurğulayıb. Bundan başqa, 2005-ci ilin may ayında Lefkoşa aeroportunda Barbaros Şansalın üzərində narkotik aşkarlanıb və buna görə onun barəsində bir aylıq həbs qərarı qəbul olunub.(axşam.az)

Xəbər xətti