Ana səhifə
15 Noyabr 2018

"McDonalds"ın rəhbəri icra başçısının oğlunun həbsini istəyir

Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla “McDonald's” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev arasında narazılıq yaranıb. 

Axar.az saytına verilən məlumatda bildirilir ki, iş adamı oğlunun ölümünə səbəb olan bu qəzada icra başçısının övladı İlham Əsgərovu günahlandırıb.

Mənbənin qeydlərinə görə, iş adamı istintaqın gedişini gözləyir. M.Mirzəyev övladının həyatına son qoyan bu qəza ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır. Sadəcə, istintaqdan narazı qalarsa, bu halda yuxarı instansiyalara müraciət etməyi planlaşdırır.

Saytın qaynağı iddia edir ki, hazırda faktla bağlı araşdırma gedir. A.Əsgərovun oğlu isə hadisə nəticəsində möhkəm xəsarət aldığına görə Türkiyədə müalicə olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir. Müalicə yekunlaşdıqdan sonra istintaq Səbail rayon İcra Hakimiyyətinin rəhbərinin oğlu barəsində nəticəyə gələcək.

Mənbə bildirir ki, icra başçısının bundan əvvəl də müavini bir nəfərin ölümünə səbəb olan qəza törədib. Ardınca oğlunun qəza törətməsi A.Əsgərovun karyerasına ciddi zərbədir.

Tarix
8 Oktyabr 2014 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin