Bakıda fəhləni tok vurub

14:42 - 31 May 2017 - HADİSƏ

 Bakıda fəhlə elektrik cərəyanı vurması nəticəsində ölüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti