Lerikdə geyim mağazası yanıb

09:32 - 30 May 2017 - HADİSƏ

Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti