Bakıda avtobusda bədbəxt hadisə: 22 yaşlı qızın beli qırıldı

13:00 - 29 May 2017 - HADİSƏ

Bakının Nərimanov rayonunda sərnişin avtobusunda bədbəxt hadisə baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Keşlə bazarı yaxınlığında ikən sürücünün qəfil əyləcə basması nəticəsində avtobusda olan sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı arxasıüstə yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti