Qubada çayxanada yanğın olub

10:21 - 28 May 2017 - HADİSƏ

Qubada çayxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan çayxananın içərisində 1 ədəd divan yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 9 m² sahədə əriyib. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti