Xaçmazda 34 yaşlı qadın özünü asıb

14:49 - 26 May 2017 - HADİSƏ

 

 Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib. 
Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.
Xaçmaz prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.
Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib. 
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

Xəbər xətti