Misirdə avtobusa silahlı hücum: 23 ölü, 25 yaralı

14:31 - 26 May 2017 - DÜNYA

Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən hücum nəticəsində azı 23 nəfər həlak olub. Bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub.
Hadisə nəticəsində 25 nəfər də xəsarət alıb.
Misir təhlükəsizlik qüvvələri hücumun baş verdiyi bölgədə silahlıların axtarışı məqsədilə əməliyyata başlayıb.trend

Xəbər xətti