Ana səhifə
25 Sentyabr 2018

Azərbaycanda indiyədək BELƏ TOY GÖRÜLMƏDİ - VİDEO

Xəbər verdiyimiz kimi, dünən müğənni Xəyyam Nisanovun toyu olub.Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, ifaçının şad günündə Azərbaycanın tanınmış simaları ilə yanaşı Rusiya estradasının da ən parlaq ulduzları iştirak edib. Toyun aparıcılığı Murad Arifə tapşırılıb.
Müğənni və aparıcı Murad Arif toy haqqında təəssüratlarını sosial şəbəkədə paylaşıb. O, toyun möhtəşəm keçdiyini qeyd edib:
“Dostumun toyu bitdi... Xəyyam - Murad Arifin Azərbaycan şou biznesində dost deyə biləcəyi nadir adamlardandır. Məni az-çox tanıyırsınızsa, bu fakt çox şeydən xəbər verir. Bax, belə bir oğlanın toyu idi bu gün... Toy nə toy?! Moskvadan gələn Balet truppası, rejissorlar, İsraildən gələn jazz-funk qrupu, Buta Palasın bugünədək gördüyü ən gözəl dekor, Ani Lorak, Leonid Aqutin... Toy gecə saat 4-ə qədər davam etdi. Ayaqlarım sızlayır. Həftələrlə hazırlaş, ideyalar, təkliflər, studiyada Xəyyamdan xəbərsiz sürprizlər, tərtibat, masalar, dəvətnamələr, müzakirələr, danışıqlar, dünən nigah məclisi idarə etmək, bu gün qonaqları qarşılamaq, yola salmaq, səhnədən təbriklərim, stress, həyəcan, kövrəlmək, coşmaq... Nə deyim e? Azı 2 kilo çəki itirdim. Buna dəyərdi! Müzakirəsiz, müqayisəsiz məsələdir ki, Azərbaycan şou dünyası bugünədək BELƏ TOY GÖRMƏYİB! Bu, sadəcə ilin toyu yox, şou dünyasının başına gələn 1 nömrəli toy idi və Xayyam da məhz belə toya layiqdir! Ən əsas bilirsiniz nədir? Banal olsa da, xoşbəxtlik... Xəyyam, çalış, xoşbəxt ol”.
Xatırladaq ki, Xəyyam Nisanov ölkəmizdən çox Rusiyada yaşayıb fəaliyyət göstərən yəhudi əsilli azərbaycanlı milyarder Qod Nisanovun yaxın qohumudur.

Tarix
26 May 2017 [13:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin