eManat-da ödənişlərin qəbulu bərpa olunub

12:13 - 26 May 2017 - Xəbər

“Modenis” şirkəti “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC dövlət operatorlarının rabitə və internet xidmətlərinə görə ödənişlərin “eManat” terminalları vasitəsilə həyata keçirilməsini bərpa edib. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Qeyd edək ki, “eManat” ödəmə terminalları vasitəsilə kommunal xidmətlərin, stasionar və mobil telefon, internet, kabel televiziyası xidmətləri, bank kreditləri və digər ödənişlərin həyata keçirmək mümkündür.

Xəbər xətti