Qaxda su kanalının sahilindən silah-sursat tapılıb

11:48 - 26 May 2017 - Xəbər

Qax rayonunda su kanalının sahilindən silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Xəbər xətti