Ana səhifə
21 Sentyabr 2018

“Mənim üçün Avroliqanı qazanmaq uğur olmaz” demişdi –Mourinyonu ələ saldılar

Dünən Avropa Liqasının finalında “Ayaks” üzərindəki qələbədən (2:0) sonra “Manşester Yunayted”in baş məşqçisi Joze Mourinyo yenidən medianın diqqət mərkəzinə düşüb. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bəzi Britaniya qəzetləri portuqaliyalı mütəxəssisin hələ “Çelsi”ni çalışdırarkən söylədiyi bu fikri yada salıb.
“Avropa Liqasının qazanmaq mənim üçün uğur olmaz. Oyunçularımın Avroliqaya köklənmələrini istəmərəm. Mənim üçün Çempionlar Liqasından sonra ən önəmli yarış İngiltərə Premyer Liqasıdır”.
Bu açıqlamasından 4 il sonra Mourinyo istəmədiyi kuboku qazanıb və bu zaman böyük bir sevinc yaşayıb. Sosial mediada Mourinyonun bu fikrini yada salanlar çox olub və onu ələ salmağa başlayıblar.
Onun ünvanına “Bu yarışı bəyənmirsənsə, Çempionlar Liqasının udaydın”, “Mourinyo Avroliqanın sayəsində yeni mövsüm ÇL-də oynayacaq” kimi fikirlər səsləndirilib.

Tarix
25 May 2017 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin