Nuhun gəmisinin taxtaları tapıldı?

16:45 - 25 May 2017 - MARAQLI

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb. Bu qalmaqallı iddia ilə Çin alimləri çıxış ediblər. Onlar iddia edirlər ki, qar örtüyü və vulkan qalıqları altında ağac fraqmentləri aşkar edilib. Bu qalıqlar əfsanəvi Nuhun gəmisinə aiddir.  Taxtaların eni təqribən 20 sm-dir. Onların üzəridə xüsusi bərkidilmə hissələri olub. Ekspertlər güman edirlər ki, bu qalıqlar eradan əvvəl 4800-cü ilə aiddir. Tapıntıdan bir neçə yüz metr aralıda buzlaqlar var. Onların üzərində isə donmuş başqa konstruksiya hissələri də var. Qeyd edək ki, bundan 7 il öncə də Ağrı dağında Nuhun gəmisinin qalıqlarının tapılması haqqında məlumat yayılmışdı. 2006-cı ildə isə amerikalı alimlər gəminin hissələrini Everestdə tapdıqlarını elan etmişdilər. Lakin hər dəfə araşdırmalardan sonra bu taxta parçalarının Nuhun gəmisi ilə heç bir əlaqəsi olmadığı ortaya çıxmışdı.(istipress)

Xəbər xətti