Bakı Olimpiya Stadionu dünyanın ən yaxşılarından biri oldu

13:15 - 25 May 2017 - Xəbər

Qətərin paytaxtı Doha şəhərində Dünya Stadionlar Konqresi keçirilib. Tədbirin sonunda dünyanın ən yaxşı stadionları müxtəlif nominasiyalar üzrə təltif edilib. Bakı Olimpiya Stadionu "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb.
Müxtəlif kateqoriyalar üzrə Moskva VTB Arena, Barselona Kamp Nou, Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin Həzza Bin Zayed stadionu da mükafata layiq görülüb.

Səsvermənin münsifləri məşhur tikinti eksperləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.trend

Xəbər xətti