Şəkidə 79 yaşlı kişi intihar edib

12:46 - 24 May 2017 - HADİSƏ

Şəki şəhərində 79 yaşlı kişi intihar edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Şəki şəhər sakini ,1938-ci il təvəllüdlü Nadiq Alı oğlu Umarov özünü işıq dirəyindən asıb.
Onun meyiti səhər saatlarında şəhərin Mirzə Fətəli Axundov prospektində, Qurucana çayının sahilində olan işıq dirəyində asılı vəziyyətdə aşkarlanıb. Məlumata görə, N.Umarov ruhi xəstə olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti