Ana səhifə
19 Oktyabr 2018

“Malaqa”nın prezidenti: ““Barselona” bizə rüşvət təklif etdi”

İspaniya La Liqasının sonuncu turu haqda söz-söhbətlər səngimək bilmir. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Katoloniya mətbuatı “Malaqa”nın “Real”a bilərəkdən məğlub olduğunu iddia edir.
Ancaq “Malaqa”nın prezidenti Əl Thaninin verdiyi açıqlama hər kəsi şoka salıb.  O, “Real”ı məğlub etmək üçün “Barselona”nın “Malaqa”ya rüşvət təklif etdiyini söyləyib: “Əgər “Barselona” tərəfi 24 saat ərzində bu söz-söhbətlərə son qoymasa, FİFA-ya müraciət edəcəm və “Barselona”nın bütün oyunları ilə bağlı araşdırma aparılmasını tələb edəcəm. Biz heç vaxt oyun satmarıq! Bunun ən böyük cavabı, “Barselona”nın “Real”ı məğlub etmək üçün bizə təklif etdiyi rüşvətə “yox” cavabı verməyimizdi”.

Qeyd edək ki, sonuncu turda “Malaqa”nı məğlub edən “Real” tarixi ərzində 33-cü çempionluğunu bayram edib.

Tarix
24 May 2017 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin