Ana səhifə
15 Noyabr 2018

UEFA millimizi belə məsxərəyə qoydu- Biabırçılıq

Azərbaycan millisinin zəif cəhəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində ardıcıl 4 məğlubiyyət alan komandamız qapıya dəqiq zərbə endirməyi bacarmır.

 


Belə ki, ilk 4 turdan sonra yarışın statistik göstəricilərini açıqlayan UEFA yığmamızın bu göstəricidə qitənin ən zəifi olduğunu ortaya qoyub. Məsələ ondadır ki, komandamız keçirdiyi 4 oyunun 360 dəqiqəsi ərzində “çərçivə”yə cəmisi 3 dəfə düşüb.
 
Bu isə seçmə mərhələnin 53 iştirakçısı arasında sonuncu olan komandamızın orta hesabla hər 2 saatdan bir qapıçını narahat etməsi deməkdir. Həmin 3 zərbədən ikisi Bolqarıstan, biri İtaliya ilə matça təsadüf edib. Son iki görüşdə isə Xorvatiya və Norveç milliləri meydana qapıçısız da çıxsaydı, qol buraxmazdı.
 
Müqayisə üçün qeyd edək ki, sonuncular sırasında olan Andorra, San-Marino, Lixtenşteyn və Albaniya hərəyə 4 zərbəsi var. Lakin sonuncular 2 matçda bu qədər zərbə vurub.
 
Bu göstəricidə liderlər İsveçrə (36), Almaniya (35) və Polşadı (32). Ayrı-ayrı oyunçulardan Ueyn Runi 13, Qaret Beyl isə 11 dəfə çərçivəyə düşə bilib.

Tarix
19 Noyabr 2014 [09:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin