İslamiadada bilet satışından əldə olunan gəlirin məbləği açıqlanıb

16:40 - 23 May 2017 - İDMAN

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib". Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma fedrasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik".

Xəbər xətti