Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi"

16:22 - 23 May 2017 - İDMAN

IV İslam Həmrəyliyi Oyunları Rio de Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Nazir qeyd edib: "Azərbaycan idmançıları çox gözəl çıxış etdi. Oyunlarda peşəkar idmançılar iştirak edirdi. Bizim idmançılarımız da gərgin mübarizə apardı və birinci yerə sahib oldu. Təhlükəsizlik, nəqliyyat baxımından hər şey yüksək səviyyədə təşkil olundu, qonaqlar da razı qaldı". A.Rəhimov qeyd edib ki, 16 idman obyektində yarışlar heç bir problem olmadan keçirilib: "3 minə yaxın idmançı, minə yaxın nümayəndə və minə yaxın texniki heyət Oyunlarda iştirak edirdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə keçirildi. Oyunlar sanki bir bayram təəssüratı yaratdı, hər kəs bu Oyunları çox böyük maraqla izlədi. İdmançılar da təşçilatçılıqdan, onlar üçün yaradılan şəraitdən çox razı qalıb. IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyrodakı Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirildi".

Xəbər xətti