OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

16:20 - 23 May 2017 - İQTİSADİYYAT

Qlobal neft hasilatının azaldılması anlaşmasının 9 ay müddətinə uzadılması təklifi ilə hasilatçı ölkələrin hamısı razı deyil. Tam razılaşma yalnız 6 ay müddətinə uzadılma proqramı üzrə mümkündür. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Küveytin neft naziri Assam əl-Mazruk çıxış edib. Nazir bildirib ki, OPEC neft hasilatının azaldılması kvotasının artırılması məsələsini də müzakirə etmir: "Hazırda hasilatı daha çox azaltmağa ehtiyac yoxdur". "Report"un analitik qrupu bildirir ki, əgər mayın 24-25-də Vyanada keçiriləcək OPEC-in sammitdə anlaşma 6 ay və eyni səviyyədə qalmaq şərtilə qəbul edilərsə neft qiymətləri 50 dollar/barel səviyyəsindən aşağı enə bilər.

Xəbər xətti