Bacısını qaçırıb evlənən dayısı oğlunu öldürdü - 16 il həbs cəzası aldı

16:19 - 23 May 2017 - HADİSƏ

Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Nurlan Quliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Quliyevə 19 il cəza istəmişdi. Nurlan Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir. Bildirək ki, N.Quliyev dayısı oğlu Mahiri bacısını qaçırdığı üçün bıçaqlayaraq öldürüb. Bacısı isə məhkəmədə dayısı oğlunu sevdiyini və könüllü onunla qaçdığını deyib. N.Quliyev dayısı oğlunu bacısı ilə toy edəndən 2 ay sonra öldürüb və qətli törətməsini namusunu təmizləmək istəməsi ilə izah edib. (musavat.com)

Xəbər xətti