2500 il əvvəl Azərbaycan dilində yazılmış mətn - FOTO

14:29 - 23 May 2017 - MARAQLI

Bir müddət əvvəl Cəlilabad rayonunda Şatırlı meşəsində tapılmış unikal yazı nümunəsini oxumaq mümkün olub. Runik əlifbası əsasında yazılmış qədim yazı nümünəsində "Anaya qovuşmaq üçün tez yüyür gəl" cümləsi qeyd edilib. Yazını oxuyan araşdırmaçı Elşad Əmənovun sözlərinə görə, bu ifadələr məzarda dəfn olunanın hər hansı bir qəbilə və ya tayfada tanınmış  bir qadını olduğu deməyə əsas verir. Daşın üzərində övladılarının anaya qovuşmaq arzusu ifadə olunub. Qeyd edək ki, bu yazılı nümünə Azərbaycan ərazisində tapılan ilk qədim rəsmi yazı nümünəsidir. Runik əlifbası əsasında yazılan tairixi nümünənin oxunmasında tarixçiyə Ön Asiyada tapılmış oxşar yazı mətnləri yardımçı olub. 14 hərf-işarədən ibarət əlifbanın bir çox özəllikləri var. Belə ki, bu əlifba soldan sağa yox, sağdan sola oxunur. Bəzi hərflər özündə 2, hətta 3 səsi ifadə edə bilir. Yazının oxunmasından ötrü internet vastəsi ilə İran, Türiyə eləcə də digər ölkədəki mütəxəssilərlə də məsləhətləşmələr aparılıb. Hazırda ərazinin daha da geniş tədqiq olunmasına ehtiyac var. (istipress)

 
 

Xəbər xətti