Ana səhifə
19 İyul 2018

“Azərsun Holdinq” çay yığımına start verdi - FOTO

"Azərsun Holdinq" tərəfindən yerli fermerlərdən çay qəbulu prosesi davam edir. Ölkə başçısının çayçılığını inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlara uyğun olaraq, Şirkət hər il yerli fermerlərə çay əkinlərinin həyata keçirilməsi üçün müxtəlif maddi,texniki və aqrar yardım ayırıb. Azərsun Holdinq" tərəfindən həyata keçirilən çay qəbulu bütün bölgəni əhatə edir. Milli markalarımızın  dünya bazarlarına çıxarılması, “Made in Azerbaijan” brendinin təbliği və Azərbaycan çayının bütün dünyada tanıdılmasını prioriteti hesab edən “Azərsun” ölkənin cənub zonasında çay əkinçiliyi ilə məşğul olan fermerlərlə sıx əlaqələr yaradaraq onların fəaliyyəti üçün zəruri dəstək verir. İldən ilə əkin sahələrinin ərazisini genişləndirən, çay məhsullarının dünya bazarlarına çıxarılması  istiqamətində müxtəlif layihələr reallaşdıran “Azərsun” Azərbaycanın cənub bölgələrində yetişdirilən çay yarpaqlarını emal edərək yüksək keyfiyyətli “Azerçay” markasını istehsal edir və dünyanın müxtəlif ölkələrində bu milli brendimizin satışını həyata keçirir. Qeyd edək ki, onlarla xarici ölkədə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Azərsun"a məxsus  "Azərçay" markası Bakıda təşkil olunmuş IV İslam Oyunlarının rəsmi dəstəkçisi olaraq yarışlarda yaxından iştirak edib. Ölkəmizdə qonaq olmuş xarici idmançılar, turistlər və səfərə yola düşən yerli vətəndaşlar Azərbaycanı ifadə edən hədiyyə kimi “Azərçay”ı seçərək, özləri ilə aparırlar.

Tarix
23 May 2017 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin