Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

12:53 - 23 May 2017 - Xəbər

Mayın 5-dən bu günə kimi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1319 sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib. Qeyd edək ki, aidiyyəti olmayan avtomobillərin zolağa daxil olması səbəbilə həmin avtomobillərin sürücüləri 40 manat məbləğində cərimə olunublar. Artıq bu gün saat 12.00-dan etibarn tətbiq olunan qadağa aradan qaldırılıb.

Xəbər xətti