ETSN rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

10:46 - 23 May 2017 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəhbərliyi və kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. "Report" xəbər verir ki, nazirliyin kollektivi əvvəlcə Fəxri xiyabanda ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.

Xəbər xətti