Mançesterdəki partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb

10:23 - 23 May 2017 - DÜNYA

İngiltərənin Mançester şəhərindəki stadionda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Mançester polisi bəyan edib. Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilirdi. Hadisə nəticəsində 50 nəfər xəsarət alıb. Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Xəbər xətti