Ana səhifə
22 Oktyabr 2018

FED-dən dollarla bağlı xəbər gözlənilir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) may ayında keçirdiyi iclasın yekunu mayın 24-də açıqlanacaq. "Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, yekun rəydə iyun ayı iclasında faizlərin mümkün artırılması ilə bağlı açıqlamalar ola bilər. Qeyd edək ki, mayda keçirilən iclasdan sonra iyun iclasında uçot dərəcəsinin artması ehtimalı 90%-ə qədər yüksəlsə də, son günlər ABŞ Prezidenti ətrafında yaranan qalmaqal və bəzi zəif iqtisadi göstəricilər ehtimalları 60%-ə qədər azaldıb.
"Marketwatch" araşdırma şirkətindən verilən xəbərə görə, Kanadanın "TD Securities" investisiya bankının analitikləri FED-in müsbət açıqlamalar verəcəyini gözləyirlər. Yəni, çərşənbə günü veriləcək FED-in açıqlamaları uçot dərəcəsinin artırılması ehtimallarını yenidən yüksəldə bilər.
"Capital Economics"in baş iqtisadçısı Pol Eşvort (Paul Ashworth) hesab edir ki, əmək bazarı göstəricisi FED-in uçot dərəcəsini artırması fikrini dəstəkləyəcək. İşsizlik göstəricisi 4,4%-ə enərək 2007-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib. Lakin inflyasiya göstəricisi son 2 ayda bir qədər yumşalıb.

"Report"un analitik qrupu bildirir ki, FED-in uçot dərəcəsinin artırılması qərarını müsbət dəstəkləyəcək açıqlamalar verməsi dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq və əsas valyuta cütlüyü 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilər.

Tarix
22 May 2017 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin