Zakir Həsənov: “Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq üçün böyük potensial var”

15:36 - 22 May 2017 - Xəbər

“Mən əminəm ki, əməkdaşlığımız daha sürətlə inkişaf edəcək”.“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tbilisidə gürcüstanlı həmkarı Levan İzoriya ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Z.Həsənov vurğulayıb ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün çox böyük potensial var: “Gürcüstan müdafiə nazirinin bu istiqamətdə qeyd etdiyi bütün təşəbbüsləri alqışlayır və dəstəkləyirəm. Əməkdaşlığımızın daha sürətlə inkişafı edəcəyinə əminəm”. 

Levan İzoriya öz növbəsində bildirib: “Dövlətlərimizi bir-biri ilə strateji əməkdaşlıq telləri bağlayır. Bu münasibətlərin bölgədə təhlükəsizlik və sülhün təmin olunmasına yönəldilməsi vacibdir”.
Qeyd edək ki, müdafiə nazirləri mayın 23-də Gürcüstanın Batumi şəhərinə yola düşəcəklər. Orada Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Fikiri İşık və Gürcüstanın müdafiə nazir Levan İzoriya rasında üçtərəfli görüş keçiriləcək. 

Xəbər xətti