Ana səhifə
19 Dekabr 2018

Səməd Seyidov: “Avropa Parlamentində Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılmasına tərəfdarıq”

 “Ermənistan-Azərbaycan arasında Sülh Platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq”.
Bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterlə birgə Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır: “Azərbaycan həm danışıqlara, həm də əlaqələri qurmağa hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır. Əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş işlər həm Azərbaycan parlamenti, həm də Avropa Parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq. Bununla da Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq”.report

Tarix
22 May 2017 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin