“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilir

14:37 - 22 May 2017 - Cəmiyyət

Heydər Əliyev Fondunun başçılığı ilə talassemiyalı xəstələrə dəstək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Ucnoqta.az-a bildirib ki, aksiya 22 may 2017-ci il tarixində saat 10:00-da Bakı dəmir yolu xəstəxanasında başlayıb.
Qeyd edək ki, talassemiyalı xəstələrə qayğının göstərilməsi Heydər Əliyev Fondunun, şəxsən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Belə ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsinin  dəstəklənməsi üçün dövlət və kommersiya strukturlarının, eləcə də QHT-lərin cəlb edilməsi istiqamətində böyük işlər görülüb.
Layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun  təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə  məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.

 


Xəbər xətti