Tolerantlıq müxtəlif xalqların dini-milli huquqlarının qorunmasıdır

18:32 - 22 May 2017 - KİVDF

Bu, həm də birgə dinc yanaşı yaşamdır

Azərbaycan tolerantlığa böyük önəm verir və müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Çünki tolerantlığın, multikulturalizmin alternativi özünütəcriddir. Bunun nəticəsidir ki. ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri sərbəst yaşayırlar. Onların arasında heç bir fərq qoyulmur və onlar Azərbaycanın siyasi, sosial- iqtisadi mövqeyinin gücləndirilməsi, ölkənin suverenliyinin möhkəmləndirilməsi uüğrunda öz töhvələrini verir. Bu onu göstərir ki, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətlə yanaşılır. Bir sözlə başqa dinə qarşı  ayrı-seçkiliyə yol vermir, Azərbaycan, həqiqətən də, tolerant bir dövlətdir. Müasir dünyada münaqişələrin və gərginlik ocaqlarının artdığı bir zamanda ölkəmiz dünya xalqlarına tolerant, multikultural dövlət olaraq numunəyə çevrilib. YAP İcra katibinin müzvini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da  Azərbaycandakı tolerantlığın başqalarına bir nümunə olduğunu deyib. Onun sözlərinə görə, tolerantlıq müxtəlif xalqların dini-milli huquqlarının, dilinin, dininin qorunması və birgə dinc yanaşı yaşamasıdır. Demokratiyanın da əsas əlaməti hər bir insanın milli, dini və insani hüquqlarının qorunmasıdır. Siyavuş Novruzovun sözlərinə görə, şübhəsiz ki, ölkəmizdəki bu müxtəlif mədəni, dini konfessiyalararası dözümlülük xüsusiyyəti əsrlər, hətta mililliklər boyu formalaşmış və genefondumuzun vacib hissəsinə çevrilib. "Azərbaycanda  müxtəlif xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərilir. Bu xalqlar əsrlər boyu mehriban yaşayıb, öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayıblar. Bir sözlə, bu gün ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində də özünü göstərir. Siyavuş Novruzov bildirib ki, əxlaqımıza sirayət edən belə bir  davranışı müxtəlif  amillərlə - coğrafi, etnik, iqtisadi-siyasi və dini amillərlə izah etmək mümkündür.  Ümumiyyətlə,  hər bir xalqın ümumi xüsusiyyətlərinin formalaşmasında həmin xalqın yaşadığı ərazinin coğrafi quruluşu, iqlimi, təbiəti önəmli rol oynayır. Şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşmiş Azərbaycanın təbiəti də müxtəlif və rəngarəngdir. Ölkəmizdə 9 iqlim tipi mövcuddur. Bir həqiqətdir ki, təbiəti rəngarəng, iqlimi müxtəlif olan ölkənin insanları da, mədəniyyəti də rəngarəng  olmalıdır. Eyni zamanda yaşadığımız areal təkcə qitələrin – Avropa ilə Asiyanın deyil, həm də mədəniyyətlərin sərhəddində  yerləşir". 
Siyavuş Novruzovun bildirib ki, Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Onun sözlərinə görə, dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. "Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”. 
O bildirib: "Bu baxımdan, sivilizasiyalararasi münasibətlərdə mənfi təsirlərdən uzaqlaşmaq və mümkün ziddiyyətləri aradan qaldırmaq üçün müxtəlif ölkələrin, eləcə də Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq kimi dəyərlərinin öyrənilməsi, əxz  edilməsi məqsədəuyğun olardı".
Onun sözlərinə görə, hər bir xalqın ayrı-ayrı mədəniyyətlərə, dinə və ya etiqad məsələlərinə münasibətinin formalaşmasında həm də etnik xüsusiyyətlər başlıca rol oynayır. "Müxtəlif  etnik və dini konfessiyaların mehriban birgəyaşayışı təcrübəsinin haradan qaynaqlandığını  müəyyən etmək üçün xalqımızın etnik xüsusiyyətlərinə diqqət yetirməliyik.   Azərbaycan xalqının nüvəsini və mütləq əksəriyyətini təşkil edən türklər tarixən bu  ərazidə yaşayan bir çox etnik kimliklərlə yanaşı, sülh - əminamanlıq şəraitində yaşamış, həm də ortaq dəyərlər yaratmışlar.  Din insanların, ümumilikdə cəmiyyətin digər dinlərə və xalqlara münasibətini müəyyənləşdirən başlıca faktordur. Çünki insanların dünyagörüşü, əxlaqı, həyat tərzi daha  çox din əsasında  yüksəlir. Təsadüfi deyildir  ki, belə bir fikir səsləndirirlər: dini tolerant olmayan xalqın özü tolerant ola bilməz. Bəlkə də bu fikrin təsdiqinin ən gözəl nümunəsi Azərbaycan xalqı və İslam dinidir. Şübhəsiz ki, islam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Bu baxımdan, Azərbaycan xalqının tolerantlığının əsas səbəblərindən biri də din amili – islamla bağlıdır.  İslamdakı multikulturalizmin, tolerantlığın səbəbini bu dinin əsas qaynaqlarında – Quran-i Kərim, Məhəmməd peyğəmbərin sünnəsi və hədislərdə axtarmaq lazımdır. Dinimizə görə bütün insanlar  və millətlər  bərbərdir, ali irq, ali millət anlayışı yoxdur.  İslama görə əsl müsəlman əlindən, dilindən başqasına ziyan dəyməyən insandır". 
Siyavuş Novruzov bildirib ki, Azərbaycan xalqının tolertant, multikultural mədəniyyəti həm də onun özünəxas dini dərki ilə bağlıdır. "Azərbaycanlılar məscid, kilsə, sinaqoq fərqi qoymadan, bütün dinlərin məbədlərinə Allah evi kimi yanaşır, onu tikdirəni isə xeyirxah adam kimi qəbul edirlər. Təsadüfi deyildir ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev  hazırda  Qafqazın ən böyük rus-provaslav kilsəsi olan Mironosets məbədini  tikdirəndə müsəlmanlar onu nəinki qınamamışdır, Bakıda Aleksandr Nevski kilsəsi inşa edilən zaman onun tikintisində yaxından iştirak etmişlər.
Tolerantlığı ölkəmizin həm də ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatıdır.
Aydındır ki, bunlar Azərbaycanın zənginliyidir. Eyni zamanda bütün etnik qrupların Azərbaycanın sosial- iqtisadi mövqeyinin gücləndirilməsi, ölkənin suverenliyinin möhkəmləndirilməsi uğrunda  birliyidir. Bu birlik həm də ölkədə sabitlik, müxtəlif sahələrdə həyata keçirilən siyasətin uğrla nəticələnməsidir. Sabitlik, əldə olunan uğyrlar isə Azərbaycanı regionda, dünyada söğz sahibi edir.söz sahibi

Xəbər xətti