"Nardaran işi"ndə şahid ifadələri dinlənilib

14:01 - 22 May 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvləri - Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Nardaran sakini - Əli Nurməmmədov şahid qismində ifadə verib. O, təşkilatın sədri Taleh Bağırovu məclislərdən tanıdığını bildirib.
Prosesdə sonra digər Nardaran sakini - Mövsüm Beytullayev şahid qismində ifadə verib.
Proses iyunun 5-də davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il noyabr ayında Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı özünü "Müsəlman Birliyi" adlı təşkilatın rəhbəri kimi təqdim edən Taleh Bağırov, dəstənin 17 nəfərlik üzvü saxlanılıb. Sonra həmin təşkilatın digər üzvləri kimi təqsirləndirilən Z.Mikayılov, E.Ağayev, F.Allahverdiyev, Ə.Hüseynov, M.Quliyev, M.Məmmədov, E.Bünyadov, E.Həsənov, R.Seyfullayev, M.İbrahimov, R.İsmayılov və Cabir Əliyevin barəsində də həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti