Traktor aşdı: 1 ölü, 1 yaralı - Zərdabda

12:15 - 22 May 2017 - HADİSƏ

Mayın 20-də saat 11 radələrində Zərdab rayonunun Gödəkqobu kəndi ərazisində Ağcabədi rayon sakini Əbülfət Vəliyev idarə etdiyi "Belarus" markalı traktoru su kanalına aşırıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə traktorun sərnişini, sürücünün həmyerlisi Musa Vəliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti