"VAZ-2107" aşdı: 1 ölü, 3 yaralı - Füzulidə

12:13 - 22 May 2017 - HADİSƏ

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Alxanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin  kəndin sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb. Nəticədə sürücü B.Qurbanov və sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan T.Qurbanov orada ölüb. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ("Report")

Xəbər xətti