Səhrada susuzluqdan ölən ilanı belə xilas etdilər - VİDEO

11:55 - 22 May 2017 - MARAQLI

Səudiyyə Ərəbistanında maraqlı görüntülər lentə alınıb. Susayan ilana kömək əlini insanlar uzadıblar. Onlar Rub Əl Hali səhrasında susuzluqdan ölmək üzrə olan sürünənə su veriblər. Təhlükəli heyvan ona şprislə verilən suyu son damlasına kimi içib. Su bitəndə isə heç kimə ziyan vurmadan sürünərək gedib. Qeyd edək ki, səhrada havanın temperaturu 40-50 selsi dərəcə olur.  (istipress)

 

Xəbər xətti