Ağdamın cəbhəyanı ərazilərinə dolu düşüb

16:57 - 21 May 2017 - ÖLKƏ İÇİ

Ağdamın cəbhəyanı ərazilərinə güclü külək və dolu ilə müşayiət olunan yağış yağıb. APA-nın xəbərinə görə, yağıntı rayonun işğal olunmuş ərazilərində də müşahidə olunub.
Qəfil pisləşən hava şəraiti təqribən 10 dəqiqə ərzində davam edib. Yağış və dolu kəndlərdə taxıl və arpa zəmilərinə, bostan və tərəvəzçilik təsərrüfatlarına ciddi zərər vurub. Kəskin hava şəraiti ən çox yaz mövsümündə yetişən meyvə ağaclarına xələl yetirib. Hazırda bölgənin bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. 


Xəbər xətti