İmişlidə "Mercedes" yanıb

16:47 - 21 May 2017 - HADİSƏ

İmişli rayonu, Telişli kəndində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli rayonu, Telişli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti