İşlədiyi evin sahibinin maşınını qaçıran şəxs tutulub

15:05 - 20 May 2017 - HADİSƏ

Mobil telefon və avtomobil oğurlayan Şamaxı sakini tutulub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, aprelin 29-da Bakı şəhər sakini İmran Muradov Xəzər RPİ 2-ci Polis Bölməsinə müraciət edərək həmin gün Buzovna qəsəbəsindəki evində fəhlə işləyən Şamaxı rayon sakini Vüqar Atakişiyevin onun mobil telefonunu oğurladığını, həmçinin evinin qarşısında saxladığı "KİA" markalı avtomobili qaçırdığını bildirib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobil aprelin 30-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində tapılıb.
Xəzər RPİ 2-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Vüqar Atakişiyev Sabirabad rayonu ərazisində tutulub.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti