Ana səhifə
20 Oktyabr 2018

Nyu-Yorkda “Azərbaycan Evi” fəaliyyətə başladı

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin Bruklin səmtində “Azərbaycan Evi”nin (“Azerbaijan House”) açılışı olub. Ucnoqta.az-ın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın rəhbəri olduğu “Azərbaycan Evi”nin açılış mərasimində Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov iştirak edib. Nyu-Yorkdakı Azərbaycan, türk və yəhudi cəmiyyətlərinin təmsilçiləri də mərasimə qatılıb. Açılış mərasimində çıxış edən M.Vahabova “Azərbaycan Evi”ni azərbaycanlıların, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib: “Bizim məqsədimiz Nyu-Yorkda, əsasən də Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmaların nümayəndələri, həmçinin Azərbaycan yəhudiləri arasında əlaqələrin möhkəmlənməsini təmin etmək, onların vətən həsrətini paylaşması üçün şərait yaratmaq, eləcə də milli adət-ənənələrimizi yaşatmaqdır”.

 

 

Emin

Tarix
8 Oktyabr 2014 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin