Bakıda 2 otaqlı ev yanıb

11:44 - 20 May 2017 - HADİSƏ

Bakıda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti