Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib

Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya Ali Məhkəməsinə müraciət edib.
Diasporla İş Üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılıb.

Qeyd olunub ki, prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, həmçinin, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulayıblar. 
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən də 15 ildir əməkdaşlıq etdikləri ÜAK-ın qeydiyyatının Rusiya Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur: “Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.

Tarix
19 May [17:44]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib

ETSN rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

MN: Ermənilər atəşkəs rejimini 115 dəfə pozub

Bu gün Bakı və Sumqayıtda 11-cilər imtahan verəcək

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Azərbaycana təşəkkür edib

Mehriban Əliyeva: "Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir"

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.