1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi

15:47 - 19 May 2017 - İDMAN

İslam Oyunlarında atıcılıq yarışlarında 5 qızıl medal qazanmaqla diqqət mərkəzinə düşən Ruslan Lunyov Azərbaycanı tərk edib. 28 yaşlı snayperimiz Almaniyanın Münhen şəhərinə yollanıb.  Lunyov orada dünya kuboku yarışlarında iştirak edəcək. Yarışlar sabah Bakı vaxtilə 15:00-da başlayacaq. Qeyd edək ki, Lunyov hər qızıl medala görə 150 min manat olmaqla, yarışlardan 750 min qazanıb.(“qafqazinfo”)

Xəbər xətti