Toy karvanı qəzaya düşdü: yardıma helikopter gəldi

15:44 - 19 May 2017 - HADİSƏ

Təbriz-Urmiya yolunda toy karvanı qəzaya uğrayıb. Yaralıları təcili xəstəxanaya çatdırmaq üçün Təbriz Təcili Yardım Xidmətinin helikopteri hadisə yerinə gedib. Yol qəzası “Peykan” və “Prayd” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə yerinə gələn təcili yardım maşınları xəsarət alan şəxslərin durumunun ağırlığını nəzərə alaraq, təcili şəkildə Təbriz xəstəxanasına çatdırılması, bunun üçün isə helikopterin cəlb edilməsinin vacibliyi haqda məlumat verib. Hadisə yerinə gələn təcili yardım helikopteri yaralılardan 4-nü Təbrizin İmam Rza xəstəxanasına çatdırıb.(axar.az)

Xəbər xətti