“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açıldı

 ASC bütün regionlarda  böyüməkdə davam edəcək

“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açıldı. “AtaSığorta”ASC-nin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib ki, müştərilərimizə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) yeni bir filialını açdıq. 
Belə ki, 2013-cü  –  2018 - ci illər üzrə şirkətin strateji planına uyğun olaraq regionlarda filiallar, nümayəndəliklər, satış ofislərini və agent şəbəkəsinin genişləndirilməsinə başlanmışdır. Nəticədə, 7 filial, 6 nümayəndəlik, 34 satış ofisi və 55 lisenziyalı sığorta vasitəçiləri bizimlə müştərilərə yaxından xidmət göstərir.
 2018 -ci ilin sonuna qədər sığorta şirkəti öz strateji inkşaf xəttinə uyğun olaraq, Bakı şəhəri daxil olmaqla bütün  regional ərazilər üzrə böyüməsini davam etdirəcəkdir.
May ayından başlayaraq yeni 11 filial və nümayəndəlik açılacaq. 2017-ci ilin sonuna qədər filial və nümayəndəliklərimizin sayı 24-ə çatacaqdır. Həmçinin, lisenziyalı sığorta vasitəçilərimizin sayını 100 çatdırılmasını planlaşdırırıq.

Bu işlərin nəticəsi olaraq şirkətimiz könüllü və icbari sığorta məhsullarının satışının təşkili və həyata keçirilməsində müsbət kəmiyyət və keyfiyyət dinamikasına nail olmaqla yanaşı sığorta bazarında ən geniş şəbəkəyə malik özəl şirkətlərdən biri kimi daim müştərilərinə keyfiyyətli xidmət göstərəcəkdir.

Qeyd etdiyim kimi, geniş şəbəkəyə malik olmaqla filial və nümayəndəliklərimizdə hadisələr üzrə qəza komisarlarının olması ilə bütün ərazilərdə hadisələr üzrə 24 saat aktiv  xitmət göstərməklə müştərilərimizin rahatlığını təmin edirik.
Şirkətimizin əsas missiyası sağlam rəqabət aparmaqla,  sığorta bazarında öz mövqeyini, nüfuzunu və müştəri məmnuniyyətini qorumaqdır.
Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Bazarlarına Nəzarət departamentinin gördüyü işlər və yeni lahiyyələri biz sığorta şirkətlərini də daha səmərəli işləməyə istiqamətləndirir. Nəzarət Palatası tərəfindən sığorta bazarında sığorta vasitəçilərinin  müştərilərə verdiyi endirimlərin və güzəştlərin qarşısını almaqda böyük səy göstərirlər. 
Bu əzmkarlığın nəticəsində, artıq icbari sığortanı alan insanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdılarsa və keyfiyyətə o qədər  diqqət vermirdilərsə, artıq müştərilər güvənli  xidmətə və keyfiyyətə önəm verən şirkətlərə üz tutmağa başlayıblar.

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Nizamnamə kapitalı 12.4 milyon manat olan şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. 

Tarix
19 May [14:42]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında Protokol imzalanıb

“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilir

Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər

“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açıldı

İqtisadiyyat naziri Goranboyda vətəndaşları qəbul edəcək

“Azərişıq” ASC ilə “ASAN xidmət”dən daha bir yenilik

Simptomlar hər zaman düzgün araşdırılmalıdır

Səlim Müslümov Şəmkirdə qəbul keçirib

Bu il nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV infeksiyası aşkarlanıb

Bu məktəblər müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququna malikdir- SİYAHI

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.