Üç soyğunçu 29 polisi qarət edib

14:43 - 19 May 2017 - HADİSƏ

Meksikanın Akapulko şəhərindən paytaxt Mexikoya gedən 29 polis əməkdaşı üç silahlı şəxs tərəfindən qarət olunublar. Akapulko federal polis idarəsinin əməkdaşları mayın 15-də turist avtobusu ilə Mexikoya yola düşüblər. Avtobus yolda sıradan çıxdığı üçün sürücü dayanmağa məcbur olub. Bundan istifadə edən qarətçilər polisləri silahla təhdid edərək onların saatlarını, mobil telefonlarını və bel çantalarını götürüblər. Polislərin heç birinin üzərində silah olmayıb.  Hadisə zamanı polislərdən xəsarət alan olmayıb. Soyğunçulara qarşı cinayət işi açılıb, onların axtarışına başlanılıb.(salamnews)

Xəbər xətti