Leyla Əliyeva yeni yaradılmış fondun təqdimatında iştirak edib

Bu gün "Həyat" Fondunun təqdimatı keçirilib. Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək.
"Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər.
Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq. 
Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, Həyat Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq.
Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb".
IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".
Tədbir digər çıxışlarla davam edib.

Tarix
19 May [14:36]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib

ETSN rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

MN: Ermənilər atəşkəs rejimini 115 dəfə pozub

Bu gün Bakı və Sumqayıtda 11-cilər imtahan verəcək

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Azərbaycana təşəkkür edib

Mehriban Əliyeva: "Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir"

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.