Braziliya futbolçuları təyyarədə YENƏ təhlükə ilə üz-üzə

13:58 - 19 May 2017 - DÜNYA

Braziliyanın "Şapekoense" futbol klubunun üzvlərinin olduğu təyyarə Argentinadan qayıdarkən məcburi eniş edib. Komanda Libertadores Kubokunda Argentinanın "Lanus" klubu ilə matçdan (2:1) sonra Braziliyaya qayıdıb. Lakin təyyarə Şapeko şəhər aeroportuna eniş edə bilməyib. Səbəb kimi yerli hava limanındakı problem göstərilib. Buna görə hava gəmisi Braziliyanın Portu-Aleqri aeroportuna eniş etməyə məcbur olub.
Futbolçular avtobusla evlərinə dönüblər.

Xatırladaq ki, ötən ilin noyabrında göyərtəsində "Şapekoense" futbolçularının olduğu təyyarə Kolumbiyada qəzaya uğramışdı. Qəza nəticəsində komandanın 19 oyunçusu və məşqçiləri həlak olmuşdu.trend

Xəbər xətti