Sabaha olan hava məlumatı açıqlanıb

Sabah Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz

Mayın 20-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 21-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlılıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.


Xəbərdarlıq

Mayın 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tarix
19 May [12:47]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Prezident: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

“İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

Sabaha olan hava proqnozu AÇIQLANDI

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

Dövlət şirkətlərinin büdcəyə 1,4 mlrd. manat vergi borcu var

Dövlət şirkətlərinin büdcəyə 1,4 mlrd. manat vergi borcu var

Hava qeyri-sabit keçəcək: şimşək çağacaq, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir

Ağdamın cəbhəyanı ərazilərinə dolu düşüb

Sabahın havası açıqlanıb

2017-05-21 13:07:26

Sabah yağış yağacaq, külək əsəcək

Güclü külək Daşkəsəndə fəsadlar törədib

Sabaha olan hava məlumatı açıqlanıb

DGK sədri Salyanda vətəndaşları qəbul edəcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.